Sabiq "Xəzər Lənkəran"lı Eto ilə eyni komandada

16:20 7 İyul 2015

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Etame Mbilla özünə yeni klub tapıb.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı hücumçu Türkiyə Superliqasına yenicə vəsiqə qazanan "Antalyaspor"la anlaşıb. 
 

Qardaş ölkə mətbuatının yazdığına görə, meneceri ilə klubun bazasına gələn kamerunlu forvardla razılıq əldə olunub. Afrikalının bu gün tibbi müayinədən keçdikdən sonra "qırmızı-ağlar"la müqavilə imzalayacağı deyilir. Hətta türkiyəli həmkarlarımız Mbillanın bazadan çıxarkən şəklini də çəkiblər. 

Maraq üçün onu da əlavə edək ki, Antalya təmsilçisi bir neçə gün öncə kamerunlu ulduz futbolçu Samuel Etonu transfer edib. 

Qeyde dək ki, 2013-2014 mövsümündə Lənkəran təmsilçisində çıxış edən Etame "ağ-yaşıllar"dan ayrıldıqdan sonra Türkiyə PTT 1-ci Liqa təmsilçisi "Samsunspor"a keçmişdi. O, ötən mövsüm 15 qolla yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti