"İnter"də daha bir itki

16:32 7 İyul 2015

Bakının"İnter" klubu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanı təmsil edən "Laçi" klubuna qarşı keçirəcəyi cavab matçına hazırlıqlarını davam etdirir.

Sportarena.az xəbər verir ki, “bankirlər”də zədəli futbolçular sırasına daha biri əlavə olunub.

Komandanın hücumçusu Yuri Fomenko zədədən əziyyət çəkir. Albaniyada baş tutan görüşün birinci yarısında zədə alaraq əvəzlənən ukraynalı forvard hələ də zədəsini tam sağaltmayıb. Bu üzdən də onun Bakıdakı qarşılaşmada iştirakı sual altındadır.

Nəzərinizə çatdıraq ki, "bankirlər"in daha bir təcrübəli futbolçusu - Slavço Georgiyevski də "Laçi" ilə cavab görüşünü buraxa bilər.


Digər xəbərlər

Xəbər xətti