Yəmən millisinə cəza

16:43 7 İyul 2015

2018-ci il Dünya Çempionatınin Asiya zonası üzrə seçmə mərhələsində Şimali Koreya ilə qarşılaşan Yəmən yığmasına texniki məğlubiyyət verilib.

 

Sportarena.az FİFA-nın rəsmi saytına nəzərən xəbər verir ki, Yəmən millisinin cəza almasına baş məşqçisi Miroslav Soukupun cəzalı futbolçunu oynatması səbəb olub.

Mudir Abdurabu Əli Əl Radai cəzalı durumda olmasına baxmayaraq, Şimali Koreya ilə görüşdə meydana çıxıb. Oyun 1:0 hesabı ilə Şimali Koreyanın qələbəsi ilə başa çatıb. Lakin FİFA qayda pozuntusuna görə Yəmən millisinə 0:3 hesablı texniki məğlubiyyət verib.

Nəzərinizə çatdıraq ki, H qrupunda mübarizə aparan Yəmən millisi sonuncu pillədə qərarlaşıb.


Xəbər xətti