"Mançester Yunayted"dən 82 milyonluq təklif

17:07 7 İyul 2015

İngiltərənin “Mançester Yunayted” klubu Almaniya “Bayern”nin futbolçusu Tomas Mülleri transfer etmənin yollarını axtarır.

Sportarena.az xəbər verir ki, İngilis klubu bu defe 82 milyon avroluq təklif hazırlayır.

Münhen klubunun rəhbər şəxslərindən olan Karl-Haynts Rummeninge ile “Mançester Yunayted” klubunun vitse-prezindenti arasında Ed Vudvord arasında Tomas Müllerin transferi ilə əlaqəli görüş olub.

Bundan öncə qeyd edilirdi ki, İngiltərə təmsilçisi Anxel Di Maria və müəyyən qədər məbləğ qarşılığında təklif irəli sürülmüşdür. Lakin, görünür bu təklif münhen təmsilçisini qane etməyib.

Nəzərinizə çatdıraq ki, bugün Müllerlə ispan çalışdırıcı Qvardiola arasında insident baş vermişdir.


Xəbər xətti