"Milan"dan "Sevilya"ya

17:20 7 İyul 2015

İspaniyanın "Sevilya" klubu  "Milan"ın Mərakeş əslli fransız futbolçu Adil Raminin transferini həyata keçirib.

Sportarena.az klubun rəsmi saytına nəzərən xəbər verir ki, Fransa millisinin də formasını geyən müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Tibbi müayinədən uğurla keçən 29 yaşlı futbolçunun bu gün rəsmi təqdimatı olacaq.

Nəzərinizə çatdıraq ki, 2014-cü ildə "Valensiya"dan "Milan"a transfer olunan Adil Rami İtaliya təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 4 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti