Toşakın "Xəzər-Lənkaran"a bəyənmədiyi futbolçu "Mançester Siti"də !

17:42 7 İyul 2015

 

Türkiyə yığmasının və "Bursaspor"un hücumçusu Enes Ünal İngiltərənin "Mançester Siti" klubu ilə müqavilə bağlayıb. Bu transfer İngiltərə nəhənginə 3,5 milyon avroya başa gəlib.

 

Nəzərinizə çatdıraq ki, Enes Ünal vaxtilə "Xəzər Lənkəran"a keçə bilərdi. Belə ki, 2013-cü ildə Bakıda təşkil olunan "Xəzər Kuboku" zamanı qardaş ölkənin U-17 yığmasının heyətində yer alan futbolçu "Xəzər Lənkəran"ın maraq dairəsinə düşmüşdü. Amma o zaman komandanın baş məşqçisi olan Uelsli mütəxəssis Con Toşak onu komandaya cəlb etməkdən imtina etmişdi.


Digər xəbərlər

Xəbər xətti