"Bu gənclər İslam Oyunlarında da iştirak edə bilər" - Federasiya prezidenti

18:00 7 İyul 2015

Gənclər və İdman Nazirliyində "Bakı 2015" I Avropa Oyunlarında medal qazanmış karateçilərlə bu gün görüş keçirilib. 
 

 

Sportarena.az xəbər verir ki, təşkil edilmiş görüşdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri  Mirkamil Rəhimov, Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, baş məşqçi Rəhman və Avropa Oyunlarında medal qazanmış idmançılar iştirak edib.
 

Federasiya prezidenti  Yaşar Bəşirov karate milli komandamızın Avropa Oyunlarındakı çıxışından danışıb: “Avropa Oyunlarında ölkəmizə ilk medalı karateçilərimiz qazandırdı. İlahə Qasımova bu uğura imza atdı. “Karatenin brilyantı” Rafael Ağayev də yenə öz sözünü dedi. Qızıl medal qazandı.

Federasiya prezidenti idmançılardan belə uğur gözləmədiyini bildirib: “Payız aylarında İndoneziyada gənclər və yeniyetmələrin dünya çempionatı var və biz ora  gedəcəyik. Bu gənclər İslam Oyunlarında da çıxış edə bilər”.

Nəzərinizə çatdıraq ki, "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan karateçiləri yüksək nəaliyyət əldə edərək 4 qızıl və 2 bürünc medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti