Daha 2 il "Qalatasaray"da !

18:18 7 İyul 2015

“Qalatasaray” rəsmisi Cüneyt Tanman Hollandiyali ulduz Sneyderle yaxın günlərdə daha 2 illik müqaviləyə imza atacaqlarını bildirib.

Sportarena.az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan “Qalatasaray” klubu rəsmisi Tanman mətbuata açıqlama verdi. Tanman, Sneyderin yaxın zamanlarda 2 illik müqaviləyə imza atacaqlarını bildirərək, hollandiyalı ulduzun meneceri Guido Albersle görüşdüyünü nəzərə çatdırdı: “Hal-hazırda futbolçunun özü ilə görüşüb, müəyyən nüansları müzakirə etdikdən sonra müqaviləyə imza atacağıq. Biz bu isti münasibətin lehinəyik və müqavilənin artırılmasını istəyirik. Güman edirəm ki, qarşı tərəfdə buna razıdır”.


Xəbər xətti