Eks "Xəzər-Lənkaranlı": Çox xoşbəxtəm

19:17 7 İyul 2015

Samuel Eto`Onun keçidini rəsmiləşdirən “Antalyaspor” klubu daha bir futbolçunu heyətinə qatıb. Sportarena.az Apasport.az saytına istinadən xəbər verir ki, Superliqaya yüksələn komanda vaxtilə Azərbaycan çempionatında çıxış etmiş hücumçu ilə güclənib.

 

Söhbət 2013-14 mövsümünü “Xəzər Lənkəran”da forma geyinmiş kamerunlu hucumçu Etame Mbilladan gedir. 27 yaşlı forvard “Samsunspor”dan ayrılaraq, Antalya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

 

Yeni klubu ilə bağlı danışan Mbilla ilk dəfə Superliqada çıxış edəcəyi üçün həyəcanlı olduğunu qeyd edib: “Antalyaspor”la müqavilə bağladığım üçün xoşbəxtəm. Motivasiyam yüksəkdi. İlk dəfə Türkiyə Superliqasında çıxış edəcəm. İnşallah, “Antalyaspor” yeni mövsümdə də özünü yaxşı tərəfdən göstərəcək”.

 

Mbilla həmyerlisi Eto`O barədə də fikirlərini bölüşüb: “Onu çox sevirəm. Eto`O mənim böyük qardaşımdı, eyni ölkədənik. Onunla bir yerdə oynamaq üçün dua edirdim. Allaha şükür, dualarım qəbul olundu. Çox xoşbəxtəm”. 


Xəbər xətti