"Qəbələ" "Dinamo" üçün hazırlaşır

01:33 8 İyul 2015

Avropa Liqasının I təsnifat mərhələsinin “Dinamo” (Tiflis, Gürcüstan) ilə cavab oyununa hazırlaşan “Qəbələ” məşqlərini davam etdirir.

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, iyulun 2-də Gürcüstanda keçirilən ilk qarşılaşmadan sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” ayın 5-dən hazırlıqlarını bərpa edib. Qəbələ şəhər stadionunda gündə bir dəfə məşq keçən komanda əvəzedici heyətlə yoxlama oyununda da gücünü sınayıb.

Roman Qriqorçukun komandası sabah oyunöncəsi son məşqinə çıxacaq.

Cavab qarşılaşmasından bir gün əvvəl “Dinamo” da Qəbələ şəhər stadionunda hazırlıq keçəcək.

Qeyd edək ki, "Qəbələ" - "Dinamo" matçı iyulun 9-u saat 21:00-da başlayacaq.


Xəbər xətti