Unudulmaz Xavi, sonra Arda!

10:25 8 İyul 2015

Arda Turandan ilk açıqlama geldi: “Hər futbolçu Nou Kampda oynamaq istəyər. Ən böyük arzum Çempionlar Liqasının qalibi olmaqdır. 6 ay oynamayacağıma baxmayaraq 5 il bura uğur qazanmağa gəldim”

Sportarena.az xəbər verir ki, dünya nəhənglərindən olan “Barselona”nın heyətinə qatdığı Türkiyə milli komandasının futbolçusu Arda Turan xəyallarının gerçəkləşməsini bildirdi. En böyük arzusunun Çempionlar Liqasının qalibiyyət hissinin duymaq olduğunu qeyd edən Arda, 6 ay oynamayacağını da nəzərə çatdırdı.
Belə ki, FİFA-nin verdiyi cəza etibarilə 6 ay meydana çıxa bilməyəcək. Amma Arda bundan təəssüflənmədiyini vurğuladı: “Daha 5 il burdayam və arzu etdiyim zirvələrə yüksələcəyini”

Nəzərinizə çatdıraq ki,  Arda Turana “Barselona”nın əfsanəsi futbolçu və "Barselona"nın eks kapitanı Xavinin geyindiyi 6 nömrəli forma verilib.


Xəbər xətti