İlyarramendinin yerinə Karvalyu

11:48 8 İyul 2015

Lissabon “Sportinq”inin yarımmüdafiəçisi Vilyam Karvalyu İspaniya nəhəngi “Real” klubunun maraq dairəsinə düşüb.

Sportarena.az xəbər verir ki , Madrid klubu Anqola əslli Portuqaliya millisinin 23 yaşlı futbolçusu “Liverpul”a transfer olunması gözlənilən İlyarramendiyə əvəzləyici qismində görür.
Transfer qiyməti 45 milyon avro qismində ölçülən Vilyam Karvalyu eyni zamanda İngiltərə “Arsenal”ının da transfer siyahısındadı.

Nəzərinizə çatdıraq ki, Karvalyu gənclərin son avropa çempionatında ən yaxşı futbolçu adına layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti