Kamran Ağayevin sabiq komandasında yeni məşqçi

12:02 8 İyul 2015

Türkiyə PTT liqasının qalibi olaraq növbəti mövsümdən Türkiyə Super Liqasında çıxış imkanı qazanan "Kayserispor"a yeni baş məşqçi təyin olunub.

 

Sportarena.az Kayseri klubunun rəsmi saytına nəzərən xəbər verir ki, millimizin qolkiperi Kamran Ağayevin sabiq komandası olan “Kayserispor”u bundan sonra Tolunay Kafkas çalışdıracaq. Kafkas daha öncə də "Kayserispor"un sükanı arxasında olub.

 

Nəzərinizə çatdıraq ki, yeni məşqçinin ictimaiəyyətə təqdimatı bu gün baş tutacaq.


Xəbər xətti