Həmyerlimiz üçün əla fürsət - Kevin Trap PSJ-də!

18:52 8 İyul 2015

Fransanın PSJ klubu daha bir futbolçu ilə heyətini gücləndirib.

Sportarena.az  klubun rəsmi saytına nəzərən xəbər verir ki, Paris təmsilçisi Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Kevin Trappı transfer edib.

Alman qolkiperlə 5 illik müqavilə imzalanıb. Fransa klubu 25 yaşlı futbolçunu transfer etmək üçün "Ayntraxt"a 9 milyon avro ödəyəcək.

Nəzərinizə çatdıraq ki, həmyerlimiz Emil Balayev də “Ayntraxt”in formasını geyir. Kevin Trapp gənc qapıçımız üçün ən güclü rəqib idi.


Xəbər xətti