"İnter"lə oyun bizim üçün asan olmayacaq" - "Laçi"nin baş məşqçisi

01:18 9 İyul 2015

"İnter"lə oyun bizim üçün asan olmayacaq. Mərhələ keçmək istəyirik və inanırıq ki, buna nail olacağıq".

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bunu Albaniyanın "Laçi" klubunun baş məşqçisi Armando Cunqu Avropa Liqasının birinci təsmifat mərhələsində Bakı "İnter"i ilə oyun öncəsi deyib.

O, cavab görüşünə yaxşı hazırlaşdıqlarını bildirib:

"Albaniyadakı oyunda göstərdik ki, yaxşı çıxış etdik. Daimi hücumlar etməyimizə baxmayaraq, rəqib bir səhfimizdən yararlandı və qol vurdu. Futbol 90 dəqiqədir. İnanırıq ki, növbəti mərhələyə vəsiqə qazanacağıq".

Qeyd edək ki, Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti