"Gənc futbolçularımıza güvənirəm" - Samir Əliyev

01:45 9 İyul 2015

“Neftçi”nin baş məşqçisi Samir Əliyev  Avropa Liqasının ilk təsnifat mərhələsinin  "Mladost"la cavab matçı öncəsi  mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.


Sportarena.az xəbər verir ki,gənc mütəxəssis mərhələni keçmək üçün hər iki komandanın şanslı olduğunu deyib:

"Mladost" yaxşı komandadır. İlk oyunda olduğu kimi, bu dəfə də nəticə üçün oynayacaqlar. Əsas tapşırıqları qol buraxmamaq olacaq. Ötən illə müqayisədə bizim heyətimiz çox dəyişib. Bununla belə gənc futbolçularımıza güvənirəm. Biz meydana qələbə əzmi ilə çıxacağıq. Məğlubiyyət isə faciə olmayacaq. "Mladost" evdə oynayır. Üstünlük onların tərəfində sayıla bilər. Amma mən şansları bərabər qiymətləndirirəm. Havanın isti olması oyuna təsir etsə də, hər iki komanda üçün təbii şərtlər eyni olacaq".


Digər xəbərlər

Xəbər xətti