"Aslan"dan daha bir transfer

10:19 9 İyul 2015

Avstriyada təlim-məşq toplanışında olan Türkiyənin "Qalatasaray" klubu növbəti transferini reallaşdırıb.

 

Sportarena.az xəbər verir ki, “sarı-qırmızı”lı klub "Ridinq"də oyanayan Cem Pol Karacanı transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə üç illik müqavilə imzalanıb. O, üç mövsümün hər birində 600 min avro maaş və  oynadığı hər bir matça 15 min avro alacaq.

 

Nəzərinizə çatdıraq ki, Türkiyənin aşağı yaş milli komandalarında forma geyinmiş Karacan 2007-ci ildən "Ridinq"də çıxış edirdi.


Digər xəbərlər

Xəbər xətti