Edin Dzeko "Roma" yolunda

11:05 9 İyul 2015

Italiyanın “Roma” klubu Bosniya və Herseqovina yığmasının və “Mançester Siti” klubunun ulduzu Edin Dzekonun transferi ilə ləaqədar danışıqlara başladı.

Sportarena.az xəbər verir ki, İtaliya klubunun idman direktoru Valter Sabatini futbolçunun agenti ilə görüşəndən sonra, “Mançester Siti” rəhbərliyinə rəsmi təklif göndərib. İlkin transfer məbləği 15 milyon avro civarındadır.

Nəzərinizə çatdıraq ki , “Jelezniçar” , “Teplitse”, “Volfsburq” klublarında da forma geyən Dzeko “Mançester Siti”nin heyətində 130 oyuunda 50 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti