"Neftçi" ilə oyunu qabağı "Mladost"da itki

14:22 9 İyul 2015

Avropa Liqasının Ilkin təsnifat mərhələsinin bu gün keçiriləcək cavab qarşılaşmasında "Neftçi" rəqibi Monteneqronun "Mladost" klubunda ciddi itki baş verib.

Sportarena.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Duşan Laqator bugün keçiriləcək oyunda meydana çıxamayacaq.

Ötən həftə Bakı baş tutan oyunda hesabı açan futbolçu zədə səbəbindən ikinci hissədə əvəzlənib. Zədəsinin ciddi olduğu bildirilən Laqator cavab görüşündə komandasına kömək etməyəcək.

Nəzərinizə çatdıraq ki, ilk oyunu 2:2 hesabı ilə bitən"Neftçi" – “Mladost” oyunu bu gün Podqoritsada Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə 2:2 bərabərlik qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti