600-də çox idmançı mərhələ yarışlarında iştirak etdi - NƏTİCƏLƏR, FOTOLAR + VİDEO

Sportarena.az      9 İyul 2015 , 15:20

Ağır atletimiz sifariş verdiyi ağırçəkili ştanqı başı üzərinə qaldırır və zaldan güclü alqış sədaları qopur. Bu mənzərə AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə Beynəlxalq İdman Klubu”nun ağır atletika üzrə 3-cü mərhələ yarışlarında yaşanırdı. Dadaş Dadaşbəyli, Firudin Quliyev və Rövşən Fətullayev kimi atletlərin ram etdikləri çəkilər xüsusilə seçilirdi.

Klubun Azərbaycandakı filialları arasında keçirilən yarışlara iyunun 24-də Lənkəranda start verilib. Mübarizəyə əvvəlcə 85 Neftçala atleti başlayıb. Sonrakı iki gündə isə 259 Lənkəran idmançısı öz gücünü göstərdi.
İyunun 28-də Samuxda 130, iyulun 4-də isə Xırdalanda 142 idmançı medallar uğrunda mübarizəyə qoşulub. Ümumilikdə mərhələ yarışlarında 616 ağır atlet çıxış edib.

Burada qeydə alınan nəticələr 9-cu Zirvə Kuboku üçün seçmə xarakteri daşıyırdı.

“Zirvə Beynəlxalq İdman Klubu”nun ağır atletika üzrə 3-cü mərhələ yarışlarının keçirilməsində məqsəd ölkə çempionatları və birincilikləri üçün yığma komandamızın heyətinin komplektləşdirilməsi və ən güclülərin seçilməsi idi. Yarış həm də idmançıların ustalıq səviyyəsinin artırılması baxımından da əvəzsiz idi. Əminik ki, təkcə 2013-cü ildə beynəlxalq yarışlardan 32 medalla vətənimizə geri dönən “Zirvə” klubu bundan sonra da Azərbaycan idmanına neçə-neçə dünya və Avropa çempionları qazandıracaq.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin