"Uzun illər sonunda arzuma çatdım" - Arda Turan

17:27 9 İyul 2015

"Bu, mənim xəyalım idi və əzmlə çalışaraq uzun illər sonunda arzuma çatdım. "Barselona"da oynamağın çətinliklərinin fərqindəyəm və buna hazıram. Bütün ehtimalları və komanda yoldaşlarımı düşünürəm. Əminəm ki, komanda yoldaşlarım "Barselona"ya uyğunlaşmağım üçün mənə kömək edəcəklər".

Sportarena.az "AS" qəzetinə nəzərən xəbər verir ki, bu sözləri Katalon klubunun yeni transferi türk futbolçu Arda Turan söyləyib.

Türk milli komandasının oyunçusu Lionel Messi ilə eyni klubda forma geyəcəyindən çox sevindiyini gizlətməyib: "Messi bütün zamanların ən yaxşı futbolçusudur. Onunla eyni komandada oynamaq möhtəşəm bir hisdir. İdealım hər zaman Maradona idi, ancaq son dövrdə İniyesta oldu".

 

Nəzərinizə çatdıraq ki, Arda Turan 41 milyon avro qarşılığında Madrid "Atletiko"sundan "Barselona"ya transfer olunub.


Digər xəbərlər

Xəbər xətti