"Barselona"nın yeni ulduzu "Nou Kamp"da

18:09 9 İyul 2015

“Barselona”nın yeni transferi Arda Turan rəsmi müqaviləyə imza atmaq üçün İspaniyaya getdi.

Sportarena.az xəbər verir ki, meneceri Əhməd Buludla birgə gələn Arda medianın marağına səbəb oldu.

Türk futblolçu aeroporta toplaşmış çoxlu saylı azarkeşlərlə şəkil çəkdirərək ayrıldı.

Daha öncə tibbi müayinədən keçən ulduz futbolçu, sabah Bakı vaxtilə 14:00-da müqaviləyə imza ataraq, mətbuat konfransında suallara cavab verəcək. Onun 15:30-da “Barselona” forması ilə “Nou Kamp” stadionunda azarkeşlər önünə çıxacağı gözlənilir.


Xəbər xətti