"Qarabağ" - "Rudar" matçının biletləri sabah satışa çıxarılır

20:42 9 İyul 2015

Çempionlar Liqasınnı ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Çernoqoriya "Rudar"ı arasında baş tuatacaq ilk oyunun biletləri sabahdan etibarən satışa çıxır.

 

Sportarena.az xəbər verir ki, iyulun 10-da, səhər saat 10:00-dan etibarən biletlər oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılacaq.

 

Bilətlərin qiyməti belədir:

 

1-11 sektor - 1 AZN

 

12-17 sektor - 2 AZN

 

18-27 sektor - 1 AZN

 

29 və 38 sektor - 2 AZN

 

VİP 20 AZN

 

"Qarabağ" FK bütün ictimayyətdən biletləri sadəcə və sadəcə Respublika stadionunun kassalarından və holoqramlı bilet almağını xahiş edir. Kassadan bilet almaqla "Qara bazar" imkanlarını məhdudlaşdırmış olarıq. Klub tərəfindən ayrılmış mühafizə xidmətinin əməkdaşları da satış müddətində sizə yardım etmək üçün çalışacaq.


Digər xəbərlər

Xəbər xətti