"Hər iki oyunda 10 nəfərlə oynamaq çox çətindir" - "Dinamo"nun baş məşqçisi

00:50 10 İyul 2015

"İlk növbədə "Qəbələ"ni təbrik etmək istəyirik. Hər iki oyunda 10 nəfərlə oynamaq çox çətindir". 

"Dinamo"nun baş məşqçisi Gia Qequçadze Avropa Liqasının birinci təsnifat mərhələsində "Qəbələ"yə məğlub olduqları görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis hakim idarəçiliyi haqda danışmaq istəməyib: "İki görüşdə də əks hücumda oynayıb, qələbə qazanmağa çalışdıq. İndiyə qədər heç vaxt hakimin idarəçiliyinə şərh verməmişəm. Bu dəfə də belə edəcəm. Çünki baş verənlər arxada qalıb".

Qeyd edək ki, "Qəbələ"yə 0:2 hesabı ilə uduzan "Dinamo" Avropa Liqasında mübarizəni dayandırıb. (qol.az)


Digər xəbərlər

Xəbər xətti