Orxan Məmmədovdan 3 sarı vərəqə, Bolqarıstan klubundan qələbə

10:40 10 İyul 2015

Avropa Liqasında ilkin mərhələsində həmyerlimiz FİFA referisi Orxan Məmmədov növbəti oyununu idarə edib.

 

 

Sportarena.az xəbər verir ki, o turnirinin birinci təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın "Beroe" və Litvanın "Atlantas" klubları arasında keçirilən cavab görüşünündə söz sahibi olub. Məmmədov bu qarşılaşmada meydan sahiblərinin 1, qonaqların 2 futbolçusuna sarı vərəqə ilə göstərib. Matç meydan sahiblərinin "Beroe"nin 3:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.

 

İki oyunun nəticəsinə görə 5:1 hesabı ilə qalib gələn Bolqarıstan klubu növbəti mərhələyə vəsiqə qazanıb.

   


Xəbər xətti