Konoplyanka rəsmən "Sevilya"da

11:20 10 İyul 2015

Ukraynalı futbolçu Yevgeni Konoplyankanın İspaniya klubu "Sevilya"ya rəsmi transferi reallaşıb.

Sportarena.az klubun saytına nəzərən xəbər verir ki, 25 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.

Nəzərinizə çatdıraq ki, Ukrayna millisində 35 oyuna 10 qol vuran Konoplyanka, ötən mövsüm Avropa Liqasının qrup mərhələsində “Qarabağ” klubunun rəqibi olmuş "Dnepr" klubunda forma geyinmişdir.


Xəbər xətti