Arda rəsmən "Barselona"da - FOTO

13:13 10 İyul 2015

Türkiyəli ulduz Arda Turanın İspaniya nəhəngi "Barselona"ya keçidi rəsmiləşib.

Sportarena.az İspaniya mətbuatına nəzərən xəbər verir ki, "Nou Kamp"da təşkil olunan təqdimetmə mərasimində türk ulduzla ilə 5 illik müqavilə imzalanıb.

Nəzərinizə çatdıraq ki, Türkiyə milli komandasının üzvü ötən mövsüm "Atletiko"da çıxış edib. O, "Barselona"ya verilən transfer cəzası səbəbindən 6 ay oynaya bilməyəcək.


Xəbər xətti