"Qəbələ ciddi rəqibdir" - "Çukariçki"nin baş məşqçisi

13:29 10 İyul 2015

"Azərbaycan klubunun böyük büdcəsi və çoxlu əcnəbisi var: "Amma biz sonadək mübarizə aparacağıq və geri çəkilmək niyyətimiz yoxdur. "Qəbələ" ilə oyuna hazırlıq üçün müəyyən vaxtımız var".

Sportarena.az xəbər verir ki, bunu Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Qəbələ"yə rəqib olan Serbiyanın "Çukariçki" klubunun baş məşqçisi Vladan Miloyeviç deyib.



Serb mütəxəssis bildirib ki, "Anlayıram ki, "Qəbələ" ciddi rəqibdir. Çünki bu klub Gürcüstan "Dinamo"sunu mübarizədən kənarlaşdırıb". 
 

Nəzərinizə çatdıraq ki, Avropa Liqası ikinci mərhələsinin ilk görüşü iyulun 16-da Belqradda, cavab qarşılaşması isə iyulun 23-də Qəbələdə keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti