"Çukariçki" - "Qəbələ" matçının başlama vaxtı bəlli oldu

02:00 11 İyul 2015

Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Çukariçki" (Serbiya) - "Qəbələ" (Azərbaycan) matçının vaxtı açıqlanıb.

Sportarena.az xəbər verir ki,sözügedən qarşılaşma iyulun 16-sı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Oyun Belqradın Çukariçki stadionunda keçiriləcək.

Qeyd edək ki,bu komandalar arasında cavab görüşü iyulun 23-ü oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti