"Hər kəs rahat olsun, Van Persi "Fənərbağça"da" - Əziz Yıldırım

10:02 11 İyul 2015

“Topuk Yaylası tesisleri” adlı jurnlistlərin toplantısında qonaq olan “Fənərbağça” prezidenti, iş adamı Əziz Yıldırım “Beşiktaş”ın Robin Van Persi ilə əlaqəli transfer işlərinə başlanmasına aid suala istehzalı gülüşlərlə cavab verdi.

Sportarena.az xəbər verir ki, günlərdi danışılan Van Persi söhbətində klub prezindenti son nöqtəni qoydu. Təşkil edilən toplantıda “Hər kəs rahat olsun. Van Persi “Fənərbağça”da. Artıq hər bir məsələdə anlaşdıq” deyə Əziz Yıldırım bildirdi. Komandanın son durumu ilə əlaqəli jurnalistlərə açıqlama verən Ə.Yıldırım bunarı söylədi: “ Çox gözəl transferlər etdik.Görürəm ki, Dieqo belə artıq ehtiyatda qalır. Komanda da mübarizə ruhu yüksəkdir. Biz Volkanı itirməmək üçün Fabianonu transfer etdik. Artıq Volkan formaya düşmək və rəqabət aparmaq üçün məşqlərə ara vermir”.


Digər xəbərlər

Xəbər xətti