"Fənərbağça"dan daha bir transfer bombası

10:44 11 İyul 2015

Ard-arda transferlərdən doymayan “Fənərbağça” klubunun yeni idman direktoru Terraneo, Nani və Van Persinin ardından Münhen “Bayern”nin əfsanəvi futbolçusu Aryen Robbenə elçi düşüb.

Sportarena.az xəbər verir ki, yeni mövsümdən xəyalların komandasını qurmağa çalışan “Fənərbağça” rəhbərliyi bu transferlərin ardından daha bir ulduza elçi düşüb. Baş məşqçi Vitor Pereyra ilə görüşən idman direktoru Terraneo Hollandiyalı ulduz barəsində müzakirə edild. “fənərbağça” klubundan sızan məlumatlara görə İstanbul təmsilçisi Robbenin icarə əsasında klubda forma geyməsi üçün danışıqlara start verib. Belə ki, gəncləşdirmə siyasəti aparmaq istəyən Münhen klubunun ispan çalışdırıcısı Qvardiola 31 yaşındakı Robben və 32 yaşına qədəm qoymuş Riberi ilə yollarını ayirmaq marağındadır.

Nəzərinizə çatdıraq ki, Qvardiola Robben klubdan ayrılacağı təqdirdə onun yerinə“Arsenal”ın oyunçusu Teo Ceyms Uolkotun transfer olunmasını istəyir


Xəbər xətti