"Real" de Xeyanın transferində israrlıdır

12:47 11 İyul 2015

İker Kasilyasın komandadan göndərilməsində maraqlı olan “Real” klubu David De Xeyanın transferində israrlıdır.

Gələn il azad agent statusu alacaq İngiltərənin “Mançester Yunayted” klubuna məxsus ispan qapıçı ilə əlaqəli Madrid klubu danışıqlara başlayıb.

Sportarena.az İspanıyanın “Marka” nəşrinə nəzərən xəbər verir ki, İngilis klubu ispan qapıçını 40 milyon avrodan ucuz satmaq niyyətində deyil. Belə ki, Mançester təmsilçisi Serxio Ramosun komandaya cəlb olunması və ya dəyişdirilməsi üçün De Xeyanın qiymətini süni olaraq yüksəldir.

Nəzərinizə çatdıraq ki, İspaniya millisinin və “Real”ın müdafiəçisi “qırmızı şeytanların” maraq dairəsindədir.


Digər xəbərlər

Xəbər xətti