"Qarabağ" UEFA-ya sifariş ərizəsini təqdim etdi

13:10 11 İyul 2015

Çempionlar Liqasında II təsnifat mərhələsində 15 iyul tarixində “Rudar” komandası ilə qarşılaşacaq "Qarabağ" klubu sifariş ərizəsini UEFA-ya göndərib.

Sportarena.az UEFA-nın rəsmi saytına nəzərən xəbər verir ki, "Qarabağ"ın təqdim etdiyi iştirak ərizəsində 24 futbolçu yer alıb. Uzun müddət zədədən əziyyət çəkərək yenicə sağalan braziliyalı oyunçu Çumbinyonun adı sifariş ərizəsinə salınmayıb.


Qapıçılar: 1. Fərhad Vəliyev, 13. İbrahim Şehiç, 94. Halit Oğuzhan

Müdafiəçilər: 2. Qara Qarayev, 4. Eltun Yaqublu, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 19. Azər Salahlı, 23. Tural Rzayev, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 7. Namiq Yusifov, 9. Reynaldo, 10. Daniel Quintana Sosa, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 33. Eltun Turabov, 67. Alharbi Əl Jadeyaoui, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev

Hücumçu: 99. Namiq Ələsgərov


Digər xəbərlər

Xəbər xətti