“Şvaynştayger karyerasında yeni dönəmə qədəm qoymaq istəyir, ona ugurlar” - K.H. Rummeninge

18:00 11 İyul 2015

 

“Bavariya”nın və Almaniyanın canlı əfsanəsi  Bastian Şvaynştayger komandasını dəyişmək istəyir.

Sportarena.az alman mətbuatına nəzərən xəbər verir ki, ulduz futbolçu Münhen “Bayern”nində getmək istəyir. 30 yaşlı yarımmüdafiəç “Mançester Yunayted”lə ilkin razılıq əldə etdiyindən Almaniya klubu ilə olan 1 illik müqaviləsini artırmamaq qərarına gəlib. Məşhur oyunçunun yaxın zamanda illik 10 milyon avro maaş müqabilində “qirmizi şeytanlar”la 3 illik müqaviləyə imza atacağı. Transferin məbləği 20 milyon avrodur.

Nəzərinizə çatdıraq ki, “Bayern” klubunun rəhbər şəxslərindən olan Karl-Haynts Rummeninge “Şvaynştayger karyerasında yeni dönəmə qədəm qoymaq istəyir, ona ugurlar” deyərək transferin reallaşacağına ehyam vurub.


Xəbər xətti