Tahir Süleymanov "od püskürdü" : "Neftçi" nəinki mərhələ keçmək, heç çempionatda hər hansı bir mükafat qazanmaq gücündə belə deyil" - MÜSAHİBƏ

19:57 11 İyul 2015

“Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov Sportarena.az saytına müsahibə verərək suallarımızı cavablandırıb.


Avropa Liqasının ilk təsnifat mərhələsində bizi sevincə qərq edən və eyni zamanda üzən klublarımız da oldu. Ümumilikdə bu mərhələdəki klublarımızın çıxışını necə dəyərləndirərdiniz?

- Əvvəla mən “Qəbələ” və “İnter” klublarını növbəti mərhələyə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Eyni  zamanda iki klubun uğuru ölkə futboluna reytinqin xalları qazandırması baxımından da çox önəmlidir. 

- “Qəbələ” və “İnter” klublarınin qələbəsinə baxmayaraq, “Neftçi” kimi flaqman komanda məğlubiyyətə uğradı. Sizin fikrinizcə bu məğlubiyyətin kluba ayrılan maliyyə yardımı ilə əlaqələdirilməsi doğrudurmu?

- “Neftçi”nin uğursuqluğunun kluba ayrılan büdcə və maliyyənin azlığı ilə əlaqələndirmək yalnış fikirdir. Çünki dağılmaq təhlükəsi ilə üz-üzə qalan Bakının digər təmsilçisi “İnter”klubu faktiki olaraq cüzi maliyyə qaynaqlarına baxmayaraq mərhələ keçdi. “Neftçi” normal təlim-məşq toplanışı sürdü. Sponsor tərəfindən komandanın uyğunlaşması və oyuna köklənməsi 2 gün öncə Podqoritsada yerləşdirildi, məşq keçdi. Bütün bunlar müəyyən vəsait tələb edir. Təbii ki, vəsaiti olmayan klub belə bir addım atmır.

- Bəs ortaya atılan bir fikirdə mövcuddur ki, “Neftçi”də gəncləşdirmə siyasəti aparılır. Sizcə bunun məğlubiyyətə hər hansı bir təsiri varmi?

- Çox mənasız şəkildə gəncləşdirmə siyasəti qabardıldı. Heyətə baxdıqda Aqil Məmmədov, Araz Abdullayev, Niicat Qurbanov, Məhəmməd Qurbanov artıq müəyyən təcrübəli şəxslərdir. Gənc söylənildiyi Samir Məsimov 2 il öncə kubokun finalında indiki mərhələ keçən “Qəbələ” klubunun qapısına yol taparaq kubokun qazanmasında mühüm rol oynamışdır.
Rəqib komanda haqqında isə onları bildirmək istəyirəm ki, müstəqillik dönəmində bizim klublarla qarşılaşmiş komandalar arasında “Mladost” qədər zəif komanda görməmişəm .Monteneqro klubu bizim 1 dəstə komandaları səviyyəsində olan kolektivdir.



-Sizin fikrinizcə bu uğursuzluqarın kökündə nə dayanır?

- “Neftçi”nin müşahidə Şurasının sədri Çingiz Abdullayev də bildirib ki, flaqman adına və tarixinə layiq səviyyədə çıxış etməli ve peşəkar müstəvidə formalaşmalıdır. Ancaq, belə görsənir ki, klubda  müəyyən şəxslərdən təşkil olunan Müşahidə Şurası formal xarakter daşıyır. Mühüm tarixə malik klub hal-hazırda faktiki olaraq futbolda təcrübəsi olmayan icraci direktor tərəfindən idarə olunur. Futbolda böyük təcrübəsi olmayan bir şəxsin “Neftçı” kimi klubun bütün yükünü öz üzərinə götürməsi cox qəribə haldır. Hər bir şəxs bacardığı işlə məşğul olmalıdır. Eyni zamanda 2-3 ay ərzində heç bir strategiya və mühüm plan olmadan fəaliyyət göstərən “Neftçi”, demək olar ki faktiki olaraq dağıdıldı.
 
- Klubda müəyyən islahatların aparılması və bir sıra şəxslərin işdən azad edilməsinə münasibətiniz.

- Son 3-4 ay ərzində aşpazların, xadiməçilər və mühafizəçilərin işdən azad edilməsi müəyyən oyunun bir hissəsidir. Qeyd etmək istərdim ki, kluba yeni təyin olunan müharibə veteranını “Mladost”la oyun zamanı hər hansı bir nöqsanın aşkar olunması bəhanəsi ilə yenidən işdən azad etdilər. Amma bir daha vurğulayıram ki, bu mühafizə xidmətinin deyil, klubda, rəhbərlikdə olan şəxslərin birbaşa səhlənkarlığının nəticəsidir. Hər hansı bir səhvi mühüm təcrübəyə malik şəxsdə, müharibə veteranında axtarmaq absurd məsələdir. Cavab qarşılaşması öncəsi hazırlıqlara diqqət ayırmaqdansa, rəhbərikdə olan şəxslər bu tip oyunlara imza atdılar. Bu təcrübəsizliyin nəticəsidir ki, bu cür peşəkar komanda bərbad duruma düşüb. Çox təəssüf ki, müəyyən zaman ərzində yığılan reytinq xallarının ardı gəlmədi. Artıq bu reallıqdır ki, “Neftçi” nəinki mərhələ keçmək, heç çempionatda hər hansı bir mükafat qazanmaq gücündə belə deyil. Tarixi və köklü klubu bu duruma salmaq olmaz. "Neftçi"yə futbolu bilən adam rəhbərlik etməlidir! Hər kəs öz işi ilə məşğul olmalıdır


Söhbətləşdi: Mirzəağa Əhmədbəyli


Digər xəbərlər

Xəbər xətti