"Çukariçki" - "Qəbələ" matçının hakimləri müəyyənləşdi

22:27 12 İyul 2015

Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq "Çukariçki" - "Qəbələ" oyununun hakimləri məlum olub.

Sportarena.az xəbər verir ki, görüşü rumıniyalı hakimlər idarə edəcək.  Matçın baş hakimi Radu Marian Petreskudur. Ona Mihai Ovidiu Artene və Vladimir Urzika kömək edəcək. Qarşılaşmanın 4-cü hakim funksiyasını isə Marcel Birsan yerinə yetirəcək.

Qeyd edək ki, "Çukariçki" - "Qəbələ" oyunu iyulun 16-sı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


Xəbər xətti