"Beşiktaş" braziliyalı futbolçu transfer etdi

10:14 13 İyul 2015

Növbəti mövsümün hazırlıqlarına davam edən İstanbul nəhəngi “Beşiktaş” klubu da transferlərini reallaşdırmağa davam edir.


Sportarena.az xəbər verir ki , “qara qartallar” Ukraynanın “Dnepr” klubunun üzvü braziliyalı müdafiəçi Duqlas Silva ilə müqavilə bağlayıb.

Klublar arasındakı  ilkin anlaşmaya əsasən “sambaçı” ilk öncə klubda icarə əsasında çıxış edəcək.  1 il sonra icarə müqaviləsi başa çatdıqdan sonra, İstanbul təmsilçisi braziliyalı futbolçunu transfer edəcəyi təqdirdə qarşı tərəfə 5,5 milyon avro ödəməli olacaq


Xəbər xətti