Eddi İsrafilovun yeni klubu açıqlandı

12:04 13 İyul 2015

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilov karyerasını İspaniyanın digər klubu "Eybar"da keçirəcək.

Sportarena.az klubun rəsmi saytına nəzərən xəbər verir ki, keçən mövsüm "Qranada"da oynayan gənc futbolçu bu il icarə əsasında "Eybar"da forma geyəcək.

"Mursiya" klubuna məxsus  İsrafilov yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Nəzərinizə çatdıraq ki, keçən mövsüm İspaniya La Liqasını son pillələrində başa vuran "Eybar" növbəti mövsümdən Sequnda Liqada çıxış edəcəkdi. Amma digər klub "Elçe"nin maliyyə problemləri ilə üzləşməsi "Eybar"ın işinə yarayıb. Belə ki, Eddi İsrafilovun yeni klubu yenidən La Liqada oynayacaq.


Xəbər xətti