Edin Dzeko "Roma" yolunda

12:48 13 İyul 2015

İngiltərənin "Mançester Siti" klubunun və Bosniya və Herzeqovina millisinin ulduz futbolçusu Edin Dzeko “Roma” klubuna transfer olunub.

 

Sportarena.az  xəbər verir ki, 29 yaşlı hucumçu yaxın günlərdə İtaliya təmsilçisi rəsmi müqavilə imzalamağa imzalamaq üçün masa arxasına əyləşəcək. Futbolçu ilə klub arasında ilkin razılığa əsasən ilinə 4,5 milyon avro olan 5 illik müqavilə bağlanması nəzərdə tutulub.

 

Nəzərinizə çatdıraq ki, buna qədər “Jelezniçar”, “Teplitse” , “Volfsburq”  klublarında forma geyın Dzekonun transfer məbləğinin 20 milyon avro olacağı söylənilir.


Digər xəbərlər

Xəbər xətti