Kasilyas üçün vida mərasimi keçiriləcək

13:05 13 İyul 2015

Bügün “Santiaqo Bernabeu” stadionunda “Real” klubunun əfsanəvi futbolçusu İker Kasilyasın komandadan ayrılması səbəbilə vida mərasimi keçiriləcək.

Sportarena.az ispan nəşri AS-a nəzərən xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Perezin iştirakı ilə tədbir yerli vaxtla saat 13:00-da başlayacaq. Qeyd edək ki, dünən Kasilyasın keçirdiyi mətbuat konfransında Madrid klubunun təmsilçilərindən heç kəs iştirak etməyib.

Nəzərinizə çatdıraq ki, sabah “əjdahalar”a məxsus əfsanəvi qapıçı İker Kasilyasın məşhur “Draqao” stadionunda rəsmi təqdimatı baş tutacaq.


Xəbər xətti