İlk öncə Qurban Qurbanov, daha sonra Mirko Mariç

15:33 13 İyul 2015

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində üz-üzə gələcək təmsilçimiz "Qarabağ" və Çernoqoroyanın "Rudar" oyunu öncəsi keçiriləcək mətbuat konfransının vaxtı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, 14 iyul saat 19:30-da başlanacaq mətbuat konfransında ilk öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov çıxış edəcək, 19:45-də isə oyunöncəsi "Qarabağ"ın son məşqi olacaq.

 

"Rudar"ın baş məçqçisi  Mirko Mariç isə saat 21:00-da media nümayəndələri önünə çıxacaq. 21:30-da qonaqlar oyun öncəsi sonuncu məşqi keçiriləcək.

 

Nəzərinizə çatdıra ki, "Qarabağ" - "Rudar" oyunu 15 iyul saat 21:30-da  Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Xəbər xətti