Premyer Liqanın bombardiri "Boluspor" yolunda

16:31 13 İyul 2015

Türkiyənin "Elazığspor" klubuna keçidi baş tutmayan "Bakı" klubunun oyunçusu Nurlan Novruzovu "Boluspor" klubu transfer etmək istəyir.

Sportarena.az xəbər verir ki, gənc hücumçu meneceri ilə birlikdə Türkiyədə klub rəsmiləri ilə görüşərək müqavilə şərtlərini müzakirə edib. Tərəflər arasında razılıq olunacağı təqdirdə, futbolçunun rəsmi müqaviləyə imza atacağı gözlənilir.


Nəzərinizə çatdıraq ki, PTT 1-ci liqa klubu olan "Boluspor" Ruslan Tağızadə ilə anlaşıb.


Digər xəbərlər

Xəbər xətti