Şehiçin komanda yoldaşı "Çelsi"də - FOTO

16:44 13 İyul 2015

İngiltərənin "Çelsi" klubu "Arsenal"a transfer olunan çexiyalı qapıçı Peter Çexin yerinə futbolçu transfer edib..

Sportarena.az klubun rəsmi saytına nəzərən xəbət verir ki, “zadəganlar” "Stok Siti"nin qapıçısı Asmir Beqoviçi transferini reallaşdırıb.

Bosniya və Herzeqovina millisinin qapıçısı ilə  4 illik müqavilə imzalanıb. Yeni qapıçı "Çelsi"də 1 nömrəli formayla meydana çıxacaq.

Nəzərinizə çatdıraq ki, “Qarabağ” klubunun qapıçısı İbrahim Şehiçin də forma geydiyi Bosniya və Herzeqovina millisinin qapıçısı Beqoviç 2010-2015-ci illərdə "Stok Siti"nin heyətində 171 matça çıxıb.


Xəbər xətti