Fariz Yusifov Çempionlar Liqasında

12:30 14 İyul 2015

Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək APOEL (Kipr) – “Vardar” (Makedoniya) oyununda hakim dəyişikliyi olub.

FİFA dərəcəli hakimimiz Rəhim Həsənov viza problemi ilə üzləşdiyi üçün Kiprə gedə bilməyib.

Onun əvəzinə sabiq FİFA hakimi Fariz Yusifov təyinat alıb. O, 4-cü hakim funksiyasını yerinə yetirəcək. Beləliklə, F.Yusifov uzun fasilədən sonra yenidən beynəlxalq oyunlarına təyinat alıb.

Qeyd edək ki, azərbaycanlı hakimlər briqadasına Əliyar Ağayev başçılıq edəcək.


Xəbər xətti