Məşqçilər Komitəsinin üzvləri oyunları izləyəcəklər

15:35 14 İyul 2015

AFFA-nın Məşqçilər Komitəsinin üzvləri UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində təmsilçilərimizin keçirəcəyi oyunları izləyəcəklər. 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, Şakir Qəribov “Çukariçki” (Serbiya) – “Qəbələ” (Azərbaycan) matçını izləmək üçün Belqrada, Böyükağa Hacıyev isə “Hafnarfyordur” (İslandiya) – “İnter” (Azərbaycan) görüşünə baxmaq üçün Hafnarfyordura səfər edəcək.


Digər xəbərlər

Xəbər xətti