FİFA Arda Turanla bağlı müraciəti rədd etdi

16:30 15 İyul 2015

FİFA "Barselona"nın Arda Turanla bağlı olan tələbinə rədd cavabı verib.

 

Sportarena.az xəbər verir ki,türkiyəli futbolçu yanvar ayınadək kataloniyalıların heyətində heç bir rəsmi və ya qeyri-rəsmi oyuna çıxa bilməyəcək.

 

Bir neçə gün öncə Madrid "Atletiko"sundan 41 milyon avroya transfer etdiyi Ardanı yoxlama oyunlarında meydana çıxması üçün FİFA-ya müraciət etmişdi. Lakin ali futbol qurumu bu müraciətə rədd cavabı verib. Buna səbəb kimi isə futbolçunun "Barselona"da qeydiyatda olmaması göstərilib. Kataloniya təmsilçisi Ardanın xidmətindən hər il ənənəvi olaraq keçirilən "Xuan Qamper" kubokunda və təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoldaşlıq görüşlərində istifadə etmək istəyirdi.

Qeyd edək ki, "Barselona"ya futbolçu transferlərində etdiyi qayda pozuntularına görə ötən ilin yayında transfer qadağası qoyulub. Bu qadağa sonuncu qış transfer pəncərəsindən qüvvəyə minib və pirineylilər 2016-cı ilin yanvarına kimi transfer etdiyi futbolçuları meydana buraxmaq hüququndan məhrumdular.


Digər xəbərlər

Xəbər xətti