"Qəbələ" ilə görüşdə yalnız qələbə üçün oynayacağıq"

20:10 15 İyul 2015

"Bizi çox ciddi və yaxşı rəqib gözləyir. "Qəbələ" Avropa təcrübəsi olan futbolçulardan təşkil edilib. Rəqibə hörmətlə yanaşırıq, ancaq yaxşı nəticə qazanacağımıza inanıram".

Sportarena.az xəbər verir ki,bu sözləri "Çukariçki"nin baş məşqçisi Vladan Milojeviç deyib. 

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah "Qəbələ" ilə qarşılaşacaq "Çukariçki"nin çalışdırıcısı oyunöncəsi keçirilən mətbuat konfransında komandasının sabah yalnız qələbəyə oynayacağını bildirib:

"Qəbələ"nin böyük büdcəyə malik olduğunu bilirik. Onların heyətində "Çernomorets"in sabiq futbolçuları var. Komandama güvənirəm. Biz hər zaman qələbə üçün oynayırıq. Psixoloji amil bizim üçün çox önəmlidir. Bu baxımdan azarkeşlərin stadiona gələrək bizi dəstəkləmələrini istərdim. Futbolçularım bu dəstəyə layiqdirlər".

Qeyd edək ki, sabah keçiriləcək "Çukariçki" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti