"İnter" - "Hafnarfyordur" : Hakimlər müəyyənləşdi

01:21 16 İyul 2015

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "İnter" - "Hafnarfyordur" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportarena.az xəbər verir ki,görüşün baş hakimi Yaroslav Kozik (Ukrayna) olacaq.

Ona həmyerliləri Semen Şlonçak və İqor Alexin köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Sergey Boyko yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 23-də keçiriləcək "İnter" - "Hafnarfyordur" qarşılaşması saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti