SON XƏBƏR - UEFA "Neftçi"nin futbolçularını cəzalandırdı

13:00 16 İyul 2015

UEFA-nın Nəzarət, etik və intizam komitəsi Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” – “Neftçi” oyunu barədə qərar qəbul edib.

Sportarena.az xəbər verir ki,iyulun 9-da Podqoritsa şəhər stadionunda keçirilən matçın (1:1) sonunda hər iki komandanın futbolçuları arasında yaranmış münaqişəyə görə “Neftçi”nin iki üzvü – Aylton Fereyra və Maksim Vaylo cəzalandırılıb. 

Hər iki futbolçu 3 oyunluq diskvalifikasiya edilib.


Digər xəbərlər

Xəbər xətti