Serblər “Qəbələ”yə azarkeşlik edəcək

13:56 16 İyul 2015

"Çox sevinirəm ki, heyətində çıxış etdiyim “Qəbələ”ni Serbiyada görürəm. Sabiq komandamın rəqibi olan “Çukariçki” mənim yaşadığım evə ən yaxın yerləşən klubdur. Bu komanda son illərdə yüksəlib".

Sportarena.az xəbər verir ki,bu sözləri "Qəbələ"nin sabiq futbolçusu Branimir Subaşiç klubun rəsmi saytına açıqlamasında deyib.

2010/11 mövsümündə “Qəbələ”də çıxış edən Subaşiç ötən gün Serbiyada olan “qırmızı-qaralar”ın düşərgəsinə baş çəkib. Serbiyalı futbolçu Avropa Liqasının II təsnifat mərhələsində "Çukariçki" ilə qarşılaşacaq "Qəbələ"nin mərhələ keçmək şanslarını dəyərləndirib:

“Çukariçki” heç də pis oynamır. İmkanlarına, təşkilati məsələlərə görə Serbiyanın 2-ci, 3-cü komandasıdır. Azərbaycanda çempionat avqustun əvvəlində başlayır. Serbiyada isə yarış bu həftə start götürəcək. Bu üzdən “Çukariçki” fiziki cəhətdən daha hazırlıqlı ola bilər. Amma mən “Qəbələ”nin oyununu görmüşəm.
 
Sabiq komandam daha güclüdür. Əsas məsələ ilk oyunda qol buraxmamaq, imkan olsa vurmaqdır. Cavab oyununda “Qəbələ” evdə qalib gəlib mərhələ adlaya bilər. Şansları bərabər sayıram. Oyunda daha çox yaxşı futbola azarkeşlik edəcəyəm. “Qırmızı-qaralar” sabiq komandamdır, “Çukariçki” isə Serbiyanı təmsil edir. Yəqin ki, “Qəbələ”yə daha çox simpatiya bəsləyəcəyəm”.

Qeyd edək ki, Subaşiç "Qəbələ"nin heyətində keçidiyi heyətində 21 matçda 2 qol vurub.


Digər xəbərlər

Xəbər xətti